Nizami Gəncəvinin heykəli (Roma)
Nizami Gəncəvinin heykəli | |
---|---|
it. Monumento a Nizami Ganjavi | |
Ölkə | İtaliya |
Yerləşir | Roma |
Heykəltaraşlar | Salxab Məmmədov, Əli İbadullayev |
Tikilib | 20 aprel 2012 |
Vikianbarda əlaqəli mediafayllar |
Nizami Gəncəvinin heykəli (it. Monumento a Nizami Ganjavi) — XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılıb[1]. Heykəl İtaliyanın paytaxtı, Roma şəhərində Villa Borghese parkında, Viale Madame Leticia ərazisində yerləşir. Abidənin müəllifləri Azərbaycan Respublikasının xalq rəssamı Salxab Məmmədov və heykəltaraş Əli İbadullayevdir. Layihə, Roma şəhərın Hökumətinin tarix və incəsənət üzrə komissiya tərəfindən təsdiqlənmişdi.
Heykəlin açılışı
[redaktə | vikimətni redaktə et]Abidənin açılışı 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli "Azərbaycan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı ilə baş tutmuşdur.[2]
Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər şurasının beynəlxalq şöbənin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Abidənin təsviri
[redaktə | vikimətni redaktə et]Abidə üzərində italyanca "Azərbaycan şairi Nizami Gəncəvi 1141-1209" (ing. Poeta Azerbaigiano Nizami Ganjavi 1141 - 1209) yazılıb.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
- ↑ "Мехрибан Алиева: «Уверена, что открытие в сердце Рима памятника Низами Гянджеви, повысит интерес к его поэзии»". 2017-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.