59°57′49″ şm. e. 30°18′52″ ş. u.HGYO

Nizami Gəncəvinin heykəli (Sankt-Peterburq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizami Gəncəvinin heykəli
rus. Памятник Низами Гянджеви
Xəritə
Ölkə Rusiya Rusiya
Yerləşir Sankt-Peterburq
Heykəltaraş Görüş Babayev
Memar Feliks Romanovski
Tikilib 2002
Hündürlüyü 5 m.
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində 25 və 27-ci binalar arasında yerləşən bağçadakı heykəli.[1]

Nizami Gəncəvinin heykəlinin açılış mərasimindən əvvəl AzərbaycanRusiya prezidentlərinin görüşü

Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib.[2]

Şairin abidəsi azərbaycanlı heykəltaraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı "Heykəltəraşlıq kombinatı" müəssisəsində hazırlanmışdır.

Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər.[3]

Şairin 5 metrlik tunc fiquru şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib. Postament üzərində Azərbaycan dilində "Nizami Gəncəvi" sözləri yazılmışdır.

  1. "ПАМЯТНИК АЗЕРБАЙДЖАНСКОМУ ПОЭТУ НИЗАМИ ГЯНДЖЕВИ В САНКТ-ПЕТЕРБУРГЕ". vesti.az.
  2. "Памятник Низами Гянджеви". 2022-07-05 tarixində arxivləşdirilib.
  3. "Владимир Путин и Президент Азербайджана Гейдар Алиев открыли памятник Низами в Петербурге". 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]