Sevgili canan
"Sevgili canan" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1943 |
Janr | qəzəl-romans, romans, miniatür vokal |
Dil | Azərbaycan dili |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Sözlərin müəllifi | Nizami Gəncəvi |
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans.
Yazılma tarixi
[redaktə | vikimətni redaktə et]Bəstəkar bu əsəri yazmağı İkinci Dünya müharibəsindən əvvəl düşünmüşdü[1]. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır.[2] Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Sözləri
[redaktə | vikimətni redaktə et]Hüsnün gözəl ayətləri,
Ey sevgili canan! Olmuş bütün aləmdə Sənin şəninə şayan. Gəl eylə nəvaziş, Mənə ver busə ləbindən Çünki gözəlin busəsidir Aşiqə ehsan. Sordum ki könül Hardadı, aldım bu cavabı Gəl sorma, tapılmaz, Onu axtarsa da insan... Rəhm eylə deyib, sel kimi Göz yaşımı tökdüm Gəl qanım ilə oynama Ey afəti - dövran. İnsafın əgər var isə, Söylə bu Nizami Sənlə necə rəftar eləsin, Ey mahi-taban?! |
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Nigar Ələkbərova, Boris Zabolotskix. Üzeyir Hacıbəyov. Moskva: Muzıka. 1988. səh. 89.
- ↑ Pərvin. ""...Olmadı rahət sənsiz"- Yüz gözəl sevgi şeiri". anl.az. 2 noyabr 2013. 15 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2020.