Turandot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Turandot
it. Turandot
Primyeranın afişası (1926)
Bəstəkar Cakomo Puççini
Librettoçu Adami CüzeppeSimoni Renato
Dirijor Arturo Toskanini
Dili italyanca
Süjet Nizaminin “Yeddi gözəl” (farsca: Həft Peykər – هفت پیکر) əsərindəki hekayədən [1][2][3][4]. Hekayədə qəddar, gözəl, hiyləgər şahzadə qızın adı çəkilməsə də bütün keyfiyyətləri ilə librettodakı Turandota bənzəyir. Fransız şərqşünas alimi Fransua Pöti de La Krua tərəfindən edilmiş tərcümədə sözü gedən personaj Turandox (Turandokh) kimi təqdim edilmişdir[5][6].
Janr Dram
Pərdə 3
Səhnə 5
Yaradılma tarixi 1921-1926
İlk səhnələşdirmə 26 aprel 1926, 25 aprel 1926[7]
La Skala[7]
Müddəti 1¾ saat
Hadisələrin baş verdiyi yer Pekin
Personajlar

Personajlar:

Premyera 25 aprel 1926
La Skala, Milan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turandot (it. Turandot) — Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pyesi əsasında yazdığı 5 mənzərəli üç aktdan ibarət sonuncu opera əsəri. Operanın librettosu Cüzeppe AdamiRenato Simoniyə məxsusdur.

Opera ilk dəfə 25 aprel 1926-cı ildə Milanda La Skala opera evində səhnəyə qoyulmuşdur. Puççininin vəfat etməsi səbəbindən operanı tamamlamaq ona qismət olmur. Buna görə də "Turandot" Puççininin qaralamaları əsasında Franko Alfanonun yazdığı sonuncu duet və final ilə yekunlaşır.

Puççinidə operanın ideyası 1919-cu ildə Maks Reinholdun teatrında Qoççinin nağıl hekayəsinin tamaşasına baxdıqdan sonra yaranır. Librettoçular Adami və Simoni ilə razılığa gəldikdən sonra musiqi üzərində işə başlayır. Putççini musiqi üzərində çalışmaqla yanaşı librettoçulara məzmun haqqında göstərişlərini vermişdir. Bu haqda o, öz əlyazmalarında çoxlu sayda qeydlər etmişdir. Libretto tənqidçiləri əsərdə Qoççidən başqa Şiller və Şekspir irsinin təsirlərinin olduğunu da qeyd edirlər[8]. Opera üzərində bəstəkarın çalışmaları 1920-ci ilin yayından, onun ölümünə 1924 cü ilə qədər davam etmişdir. Bu müddət ərzində o, operanın dörddə üç hissəsini tamamlaya bilir. Lyunun ölümündən sonrakı III pərdənin “xoşbəxt sonluq” səhnəsi - Turandot və Kalfa dueti bitməmiş qalır. 25 aprel 1926-cı ildə, primyerada Lyunun dəfn mərasimindən sonra Toskanini dirijor çubuğunu endirərək, üzünü tamaşaçılara çevirərək: “Oper burada bitir, çünki bu an mayestro vəfat etmişdir”.[9] Hal-hazırda tamaşaya qoyulan opera onun dostu Franko Alfano tərəfindən Puççininin qaralamaları əsnasında yekunlaşdırılmış variyantıdır.

Operada hadisələr əfsanəvi dövrlərdə, Çində baş verir.

Orijinal süjet Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki slavyan gözəlinin hekayəsindən götürülmüşdür[1][2][3][4]. Hekayədə qəddar, gözəl, hiyləgər şahzadə qızın adı çəkilməsə də bütün keyfiyyətləri ilə librettodakı Turandota bənzəyir. Fransız şərqşünas alimi Fransua Pöti de La Krua tərəfindən edilmiş tərcümədə sözü gedən personaj Turandox (Turandokh) kimi təqdim edilmişdir[5][6]. Turandot ya Turandoxt fars sözü olub "Turan qızı" deməkdir. Tarixi baxımdan Turan Orta Asiya və Mavərənnəhr adlanan bölgənin adıdır. Geniş mənada isə türklərin yaşadığı bütün əraziləri bildirir.

Bəhram qırmızı sarayda (Slavyan gözəlinin yanında). Kalliqraf Mahmud. 1431. Ermitaj, Sankt-Peterburq
Fresk Tyepolo Covanni Battista
Slavyan gözəlinin Bəhrama hekayə söyləməsi

...
Dilbər gəlin kimi gözəl bir diyar
Orada saray qurub bir şah yaşardı,
Nazla bəslənilmiş bir qızı vardı.
...
Boyun əyməmişdir ər minnətinə
Oydu zamanın gözəl dilbəri,
Neylərdi yoldaşı neylərdi əri.
...
Biri zor göstərdi, biri zər, yalnız
Zoruyla qorudu zərini o qız.
Atası olmuşdu hər işdən bezar
Çünki hesabsızdır gələn aşiqlər
...
Hər kim arzulayır belə cananı,
Bir yox, gərək olsun min canı.
...
Nura tamaşaya pərvanə gəlsin,
Uzaqda durmasın meydana gəlsin.
...
Ondan eyləyərəm bir neçə sual.
Versə ləyaqətli cavablar əgər
Olar mənim üçün, demək, can-ciyər.
Şərtimi yerinə hər kim yetirər,
Olacaqdır mənə bir sevimli ər.
Yox əgər qırarsa şərti peymanı,
Düşsün öz boynuna özünün qanı.
...

Nizami Gəncəvi, “Yeddi gözəl”[10]

"Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Naməlum şahzadə Kalaf ilk baxışdan Turandota aşiq olur və onun hər üç sualına düzgün cavab verir. Buna baxmayaraq, Turandot Kalafla evlənmək istəmir və bu zaman Kalaf ona təklif edir ki, şahzadə Turandot sabah səhərə qədər onun əsl adını tapsın. Əgər düz taparsa, onda Kalaf öz boynunun vurulmasına razı olur, lakin əgər tapa bilməsə, onda Turandot Kalafa ərə getməyə razı olmalıdır. Turandot bu təklifi qəbul edir, amma fərman verir ki, onun bütün təbəələri gecəni yatmasınlar və şahzadənin adını tapmağa çalışsınlar. Əgər tapa bilməsələr, onda hamı edam olunacaq.

Sonuncu aktın əvvəlində Kalaf sarayın Ay işığı ilə işıqlanmış həyətində tək-tənha dayanıb. O, uzaqda carçıların şahzadənin fərmanını elan etmələrini eşidir. Kalafın ariyası məhz bu məqamda, carçıların sədaları altında Turandot haqqında düşüncələrdən başlayır.

Librettoda

Altum Çin imperatoru
Turandot Şahzadə, Çin imperatorunun qızı
Adelma Tatarlar ölkəsinin şahzadəsi, eyni zamanda Turandotun sevimli qulu.
Zelima Turandotun bir başqa qulu
Şirin Turandotun anası
Barax Şirinin əri, Kalafın lalası
Kalaf Tatar xanı
Teymur Həştərxan hökmdarı, Kalafın atası
İsmayıl Səmərqənd xanının lalası
Pantalon Altumun Mirzəsi
Tartaglia Çin imperatorunun baş vəziri
Brighella Altumun baş kahini (şamanı)
Truffaldino Turandotun baş xədimi


Operada

Ariyalar Səs La Skala, Milan Premyerası.
25 aprel 1926-cı il
dirijor Arturo Toskanini
Şahzadə Turandot soprano Roza Rayza
Çin İmperatoru Altum tenor Françesko Dominiçi
Devrilmiş Tatar hökmdarı Teymur bas Karlo Valter
Onun oğlu Kalaf tenor Migel Fleta
Lyu, Teymurun gənc qulu soprano Mariya Dzamboni
Pinq, baş vəzir bariton Cakomo Rimini
Panq, baş kahin tenor Emilio Venturini
Ponq, baş aşpaz tenor Cüzeppe Nessi
Mandarin bariton Aristid Barakki
İran şahzadəsi, cəllad, İmperator qvardiyası, cəlladın qulluqçusu, uşaqlar, səkkiz ağıllı, Turandotun qulluqçuları, döyüşçülər, bayraqdar, musiqiçilər, kabuslar, kütlə — xor
Florida Böyük Opera teatrı.
Turandot operasından səhnələr.

I səhnə: şəhərin qala divarının önü.
Dövlət məmuru Mandarin fərmanı elan edir: “Turandota evlənmək istəyən istənilən kəs, əvvəl onun üç tapmacasını cavablandırmalıdır. Əgər cavab düzgün olmazsa, o, edam ediləcək”. İran şahzadəsi tapmaacanı düzgün cavablandıra bilmədiyindən, ay doğar-doğmaz edam ediləcəkdir. Acıqlı küttlə edam tələb edir, imperator keşikçiləri kütləni sraydan sıxışdırıb çıxardırlar. Yerə səs-küy içində cır-cındır içində bir qoca - üsyan nəticəsində devrilmiş, tatar ölkəsinin hökmdarı Teymur düşür. Ona hələ də sadiq qalmış qul Lyu ümidsiz halda: Teymuru anlaya bilmir. Xoşbəxtlikdən onlara, Pekinə gizlin səyahət edən bir gənc - Kalaf (Teymurun yeganə oğlu) kömək edir. Səhnədə bu gənc İran şahzadəsi kimi göstərilir. Onun görünüşü izdihamda təəssüf, sonra isə qəzəb hissi oyadır. İzdihamı sakitləşdirmək üçün Turandotun özü çıxır, onun qeyri adi gözəlliyi Kalafı məftun edir. Kalaf nəyin bahasına olursa olsun Turandotun məhəbbətini qazanmaq qərarını verir. Onun qarşısını imperator saray əyanları: Pinq, Panq və Ponq kəsir. Lyunun it. “Signore, ascolta” (“Ey ağam mənim”) ariyasında Kalafa öz eşqini bəyan edir. Kalaf Lyuya məşur it. “Non piangere, Liu” (“Ağlama, mənim Lyuyum”) ariyası ilə cavb verir və üç dəfə qonqa vuraraq, “Turandot” çağırır. Vəzirlər çığırırlar: “yunanca, çincə, monqolca bağırmaq əbəsdir! Ancaq qonq eşidilir və ölüm çağrışa tələsir!” Pərdə enir.
Pərdə enir.

II səhnə: imperator sarayı.
İmperator saray əyanları Pinq, Ponq və Panq Çinin taleyinə acıyaraq mərsimə hazırlaşırlar. Onların sözlərinə görə Çin bədbəxtliyə düçar olmuş, Turandota görə sakitlik tapa bilmir. “Görün nə günlərə qalmışıq! - Cəllada biz çevrilmişik! - Vəzirlər - qatillər”. Onlar bu lənətə gəlmiş vəzifələrini tərk etmək, sakit, rahat bir həyata dönmək istədiklərini it. “Ho una casa nell’Honan” (“Mənim Honanda evim”) ariyası ilə dilə gətirirlər.

Qabriele Mariya Ponqe Turandot rolunda

Saray önündə meydan. İmperator Altoum Kalafı fikrindən daşındırmağa çalışır. it. “Basta sangue!” (“Yetər artıq, qan!”) ariyasında: “Cavan sənin ölümünün təəssüfünü çəkmədən, qoy mən rahat ölüm!”. Lakin Kalaf qərarlıdır. Bu zaman Turandot bütün güclü fərdin nümayəndələrinə nifrət etdiyini, onun nənəsi Lou-Linin qəsbkarlar tərəfindən şərəfinin necə ləkələndiyini it. “In questa reggia” (“Bu paytaxta”) ariyası ilə nəql edir. Kalaf suallara cavab veməyə hazır olduğunu bir daha israr edir. Turandotun verdiyi 3 sual:

  • Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir?
- Ümid.
  • Alova bənzəyən, ölüm yaxınlaşdıqca axan, qələbə həvəsini artıran, günəş batışı rəngində olan şey nədir?
- Qan.
  • Həm buz, həm alov olan, azadlıqdan köləliyə sürükləyən, məhbusdan kral yaradan kimdir?


Kalaf sualı cavablandırmaqda çətinlik çəkir. İmperator, vəzirlər, Lyu və nəhayət izdeham ona toxtaqlıq verir. Turandot onun üzünə baxıb gülümsüyərək; “Hə yadelli, bu nə buzdur ki, atəşi yandırır?” Kalfa cavabında:

- Mənim atəşim sənin buzunu əridər: Turandot!


Turandot pərişan halda, atasından onu ərə verməməyi diləyir. “Müqəddəs and! — Yox, and yox, qızın müqəddəsdir!” Lakin Kalaf ona zorla evlənmək istəmir. O, şərt qoyur ki, əgər Turandot onun əsl adını gün çıxanadək öyrənərsə qətlinə razıdır. Əks təqdirdə şahzadə ona evlənməyə razılıq verməlidir. İzdiham imperatoru alqışlayaraq dağılışır.
Pərdə enir.

III səhnə: imperator sarayının önündəki meydan.

Ay işığında imperatorun bağçası. Carçılar Turandotun fərmanını elan edir: “Bu gecə Pekində heç kim yatmır” — heç kim yatmasın, nəyin bahasına olursa olsun naməlum şahzadənin adı öyrənilsin. Ancaq Kalaf rahat və sevinclidir: “Mənim sirrim məndə gizlənmişdir, adımı heç kəs öyrənə bilməz” (ariya it. “Nessun dorma” (“Heç kim yatmasın”).

it. “Nessun Dorma” (“Heç kim yatmasın”)

İmperator saray əyanları Pinq, Panq və Ponq gözəl qızlarla, var-dövlət və şöhrət vəd etməklə Kalafın könlünü almağa, adını söylətməyə çalışsalar da bir şey çıxmır. İzdihamın yalvar-yaxarları da onu öz adını açıqlamağa vadar edə bilmir. Gözətçilər teymur və Lyunun naməlum şahzadə ilə əlaqəsinin olduğunu bilib onlara işgəncələr verirlər. İşgəncələrə son qoymaq üçün Lyu naməlum şahzadənin adını bildiyini soyləyir. lakin adı açıqlamaqdan imtina edir. O, deyir ki, onu susmaq üçün güc verən sevgisidir və Turandota naməlum şahzadəni sevdiyini bəyan edir. Finalda xalq xor oxunuşu ilə sevgi və həyatı tərənnüm edir.
Pərdə enir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
Təhlil
Libretto, diskoqrafiya və musiqi
  1. 1 2 [1][ölü keçid] The play The Seven Princesses, written by the Belgian poet and playwright Maurice Maeterlinck in 1891 AD, is inspired by Haft-Peykar. Also, the opera Turandot (Turandokht) by Giacomo Puccini is inspired by one of the stories in Haft-Peykar
  2. 1 2 [ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid] ency.cl Turandot  (ing.)[ölü keçid]
  3. 1 2 ["Turnadot - The Free Online Dictionary and Encyclopedia ... (ing.)". 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27. Turnadot - The Free Online Dictionary and Encyclopedia ... (ing.)]
  4. 1 2 ["Turandot - Turkcebilgi English Section (ing.)". 2014-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27. Turandot - Turkcebilgi English Section (ing.)]
  5. 1 2 Сборник Пети де ля Кроа Les mille et jours (Париж, 1710—1712) составлен во время пребывания автора в Иране. Самая ранняя прозаическая персидская версия темы Турандот оказывается у Овфи в его «Сборнике рассказов», составленном вскоре после смерти Низами. (rus.)
  6. 1 2 François de Blois. Haft Peykar (англ.) // Encyclopædia Iranica. — 15 декабря 2002. — Т. XI. — С. 522—524.
  7. 1 2 Archivio Storico Ricordi. 1808.
  8. George R. Marek. The Riddle of Turandot //1959 cu ildə operaya yazılmış buklet, BMG, dirijor Erix Lyaynsdorf  (ing.)
  9. "Turandot və onun finalı  (rus.)". 2011-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
  10. ""Yeddi gözəl", Nizami Gəncəvi səh.184-187" (PDF). 2017-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-28.